SON XƏBƏR

Bağlanan banklardakı əmanətlərin taleyi necə olacaq? (EKSPERT)

May 12
16:36 2020
"Hüquqi şəxslərin bağlanan banklardakı əmanətlərinin qaytarılmasında ciddi problem yaşanacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli "AGBank” ASC və "NBCBank” ASC-nin lisenziyalarının ləğv edilməsini şərh edərkən deyib. 

Onun fikrincə, banklardakı depozitləri qaytarmaq üçün Mərkəzi Bank növbəti kredit xətti ayıracaq:

"Artıq lisensiyası ləvg edilən bankların sayı 4 oldu. Burada təqribən 700 milyona yaxın əhalinin depozitdəki vəsaiti var. Onun böyük əksəriyyəti sığortalı vəsaitlərdir. Əhalinin depozitlərinin qaytarılmasında ciddi bir problem yaşanmayacaq. Yeganə problem odur ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatışmayacaq. Çox güman ki, bu, belə olacaq. Bu depozitləri qaytarmaq üçün Mərkəzi Bank növbəti kredit xətti ayıracaq. Düşünürəm ki, yaxın iki ay ərzində bu depozitlərin əksəriyyəti qaytarılacaq. Amma hüquqi şəxslərlə bağlı problem yaşanacaq. Mərkəzi Bankın sədrinin bununla bağlı qəribə açıqlaması da oldu. Sədr qeyd etdi ki, hüquqi şəxslərin oradakı vəsaitləri bata bilər və o, bundan təəssüf hissi keçirdiyini söylədi. Bu, doğru yanaşma deyil”.

Natiq Cəfərli bildirib ki, bağlanan banklarda huquqi şəxslərin təqribən 400 milyondan yuxarı depozit, yaxud da əməliyyat vəsaitləri var: 

"Onların qaytarılması ilə bağlı ciddi problemlərin yaşanacağını proqnozlaşdırmaq olar. Həmin vəsaitlərin qaytarılmasında problemlər yaşanarsa, bu, özəl sektora - biznecə, kiçik və orta sahibkarlığa böyük zərbə olacaq. Ümumilikdə, bank sektorunun biznesin güvənliyini kifayət qədər zədələyə bilər. Ümid edirəm, Mərkəzi Bank və dövlət bununla bağlı yol xəritəsi işləyib hazırlayacaq. Bunula da huquqi şəxslərin bankda qalan vəsaitlərinin geri qaytarılmasının bir formulu tapılacaq. Bu tapılmasa, bank sektorunun güvənci daha da zədələnə bilər”.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, "AGBank” ASC və "NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook