SON XƏBƏR

Bank Avrasiya“nın xalis mənfəəti 2 dəfədən çox azalıb - Kredit portfeli kiçilib

İyul 13
13:30 2024
"Bank Avrasiya" 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində "Bank Avrasiya"nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə azalaraq 1 milyon 54 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 2 milyon 272 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 8.8% azalaraq 7 milyon 309 min manat, faiz xərcləri isə 31.7% azalaraq 1 milyon 151 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1.1 milyon manata ( illik müqayisədə 0.4% çox ), qeyri-faiz xərcləri isə 3.8 milyon manata ( illik müqayisədə 0.4% az) bərabər olub. Beləliklə bank bu dövrdə 9 milyon 101 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18% azdır.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 6.3% və ya 11.6 milyon manat artaraq 196 milyon 178 min manata çatıb. Cari ilin ilk 6 ayında "Bank Avrasiya"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.7% və ya 2.3 milyon manat azalaraq 134 milyon 971 min manata enib. Bankın kredit portfelində istehlak kreditləri 14.7 milyon manat ,biznes kreditləri 64.3 milyon manat, daşınmaz əmlak kreditləri isə 55.8 milyon manat təşkil edib.

Bu dövrdə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 114 milyon 601 min manat təşkil edib ki, bu da ilin əvvəlinə 10% və ya 10.5 milyon manat çoxdur. Hesabat dövründə bankda fiziki şəxslərin depozit portfeli artsada, hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. Belə ki, cari ilin iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 37% və ya 15.8 milyon manat artaraq 58.2 milyon manat, hüquqi şəxslərin ( şirkətlərin) depozitləri isə 36% və ya 2.2 milyon manat azalaraq 3,9 milyon manat təşkil edib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 28% və ya 13.6 milyon manat artaraq 62 milyon manata yüksəlib.

2024-cü il iyul ayının 1-nə "Bank Avrasiya"nın cəmi kapitalı ilin əvvəlinə nisbətən 1.4% və ya 1 milyon 139 min manat artaraq 81 milyon 577 min manat təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook