“Bank BTB” və “Premium Bank” bağlanır?
Yanvar 16
15:54
2024
Məlum olduğu kimi, son illər Azərbaycanda bağalanan bankların sayı artıb.
"Premium Bank”ın əsas səhmdarı isə AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
Yeniavaz.com xəbər verir ki, son 3 ildə 7 bankın lisenziyası ləğv olunub.
Yola saldığımız 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – "Günay Bank” ASC və "Muğanbank” ASC bağlanıb.
Bəs görəsən, 2024-cü ildə hansı bankları bağlanma təhlükəsiz gözləyir?
Bankların 2023-cü il üçün açıqladığı maliyyə hesabatlarına baxdığımız zaman belə görünür ki, hazırda bağlanma təhlükəsiylə qarşı-qarşıya qalan əsas bank "Bank BTB” hesab olunur.
"Bank BTB” yeganə bankdır ki, son 4 ilin 3-nü zərərlə başa vurub. Bundan başqa, 2023-cü ildə "Bank BTB”də müştərilərin tələbli depozitlərinin həcmi 6 milyon 491 manat və ya 2022-ci illə müqayisədə 39% azalıb.
Bəzi maliyyə göstəriciləri pisləşən banklardan biri də, "Premium Bank” ASC-dir. "Premium Bank” ASC 2022-ci illə müqayisədə 2023-cü ildə mənfəətini artırsa da, bu bankın depozit portfelində kəskin azalma olub. Belə ki, 2023-cü il ərzində bankda hüquqi şəxslərin depozitləri 29 milyon 914 min manat, fiziki şəxslərin depozitləri isə 9 milyon 806 min manat azalıb. Eyni zamanda ötən il "Premium Bank” ASC-nin aktivləri 7 milyon 86 min manat azalıb.
Onu da bildirək ki, adları çəkilən hər iki bank sabiq yüksək rütbəli məmurların ailə üzvlərinə məxsusdur.
"Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. "Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.