"Bank BTB"nin gizlətdiyi hesabat üzə çıxdı - şok iddia
Oktyabr 19
10:51
2018
"Bank BTB” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində 21,44% və ya 53 milyon 461min manat artaraq 302,776 milyon manat təşkil edib. Hesabat dövründə bankın öhədlikləri 35 nilyon 824 min manat artaraq 246 milyon 188 min manat olub.
"Kommersant.az” bankın hesabatına istinadən verdiyi xəbərə görə, son bir ildə "Bank BTB”nin depozit portfeli əhəmiyyətli dərəcədə - 69,2% artaraq 88,304 milyon manata yüksəlib. Hesabat dövrünün sonuna bankın cəmi öhdəliklərinin həcmi 246,188 milyon manat təşkil edib.
Bankın nizamnamə və məcmu kapitalı artıb
Bu il "Bank BTB”nin nizamnamə kapitalı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 66,450 milyon manata, məcmu kapitalı isə 6% və ya 3 milyon 196 min manat artaraq 56,291 milyon manata bərabər olub.
Bankın gizlətdiyi hesabat
"Bank BTB” pul vəsaitlərinin hərəkəti haqqında hesabatını gizlədir. Bu isə ötən ilin 3 –cü rübü ilə müqayisənin daha az olmasına görədir. Belə ki, bankın saytında sözügedən hesabatın bu il üzrə 1 –ci, 2 –ci və 3-cü rübü dərc olunub. Amma nə təsdüfdürsə ötən ilin 3-cü rübünə olan hesabatı saytdan silinib.

Qlobal.az