Bank əmanətlərindən niyə imtina edilir?
Oktyabr 14
00:39
2016
Nemət Əliyev: «Əhalinin bank sisteminə inamı itib, əhali anlayır ki, banklar can üstədir»
Bank sektorunun düşdüyü acınacaqlı durum əmanətlərin geri çəkilməsiylə nəticələnir. Müflis olan banklar əmanətçilərinə vəsaitləri qaytarmaqdan başqa çarəsi qalmır. Amma bankların əmanətçi tapması olduqca problematik məsələdir. Yaranmış vəziyyətdə əmanətçilərə əmanətlərin qaytarılmasındansa, həmin əmanətlərin başqa banka transfer edilməsini reallaşdırmaq daha məntiqli olardı. Çünki 90-cı illərdən sonra bank sektoruna itən inam indi bərpa olunmuşdu.
İqtisadçı Nemət Əliyev bildirdi ki, banklarda saxlanılan əmanətlərin üzərində sərəncam vermək hüquqi əmanətçilərin özünə məxsusdur. Gərək ilk növbədə onların istəyi olsun ki, banklardan çıxarılan əmanətləri başqa yerlərdə yerləşdirsinlər: «Yəni əmanətçilərin, depozitarların razılığı olmadan belə əməliyyat aparıla bilməz.
Əgər əmanətçilərin belə istəyi yoxdursa, hökumətin hansı siyasət yürütməsindən asılı olmayaraq onlar bu addımı atmayacaqlar. Amma biz ona şahidlik edirik ki, banklardan çəkilməkdə olan əmanət və depozitlərin həcmi artmaqdadır. Bankların bağlandığı bir zamanda banklarda olan vəsaitlərin yenidən bank sistemində dövr etməsi yaxşı olardı. Çünki nə qədər ki, o dövr etmə həyata keçirilmir, bankm sisteminin dirçəlməsində atılan addımlar fayda verməyəcək. Buna görə də kreditləşmə ilə bağlı çətinliklərin öhdəsindən gəlmək olmaz».
N.Əliyev onu da bildirdi ki, əmanətçilərin vəsaitlərini yenidən banklara yatırmaması təsadüfi deyil. Çünki əhalinin bank sisteminə inamı itib. Əhali anlayır ki, banklar can üstədir.
Qlobal.az