SON XƏBƏR

«Bank Standard» pul çıxarma limitini azaltdı

İyun 06
11:01 2016
"Bank Standard”dan vəsait çıxarılması limiti yenidən azaldırlıb. Bu barədə fins.az-a bankdan bildirilib.
 
Məlumata görə, «Bank Standard»ın müştəriləri ay ərzində öz hesblarından maksimum 1000 AZN və ekvivalenti həcmində vəsait çıxara bilərlər. Xatırladaq ki, iyunun 3-dən açıqlanan məlumata görə, bank müştəriləri buradan həftədə 1000 manat, ayda isə 4 min manat vəsait çıxara bilərdilər. Amma yeni qaydalara görə, bu limit 4 dəfə azaldılaraq 1000 manat endirilib.
 
Belə ki, bankın müştəriləri həm cari, depozit və debet kart hesablarından birlikdə ay ərzində maksimum 1000 AZN ş.v, məxaric edə bilərlər. Müştəri bu məbləği bir dəfəyə və ya ay ərzində hissə-hissə götürə bilər. Bunun üçün bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşmaq lazımdır.
 
Məlumat üçün qeyd edək ki, «Bank Standard»ın əməliyyatlarına aprelin 5-dən etibarən müəyyən əməliyyatları dayandırılmışdı, bu əməliyyatlar qismən iyun ayının 3-dən etibarən bərpa edib. Amma hələlik bankın bankomatları öz fəaliyyətini bərpa etməyib. Həmçinin bankda valyuta dəyişmə əməliyyatlarını da həyata keçirmək mümkün deyil.

Qlobal.az













































Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook