SON XƏBƏR

“Bank VTB Azərbaycan” iflasın bir addımlığında- Filialları bağlandı

Fevral 16
10:52 2017
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən  "Bank VTB (Azərbaycan)" ASC-nin 6 filialının lisenziyaları ləğv edilib. 

Palatadan Qaynarinfo.Az-a verilən məlumata görə, bu filialların işi dayandırılıb.

"İçərişəhər”,
"Həzi Aslanov”,
"Əhmədli”,
"Bakıxanov”,
"28 May”
"Xırdalan”

Filialların bağlanmasına əsas səbəb "Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Direktorlar Şurası "Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu  və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Bank VTB (Azərbaycan)”-nin "İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, "Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, "Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, "Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, "28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və "Xırdalan” filialının  26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv edib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8-ə çatıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook