SON XƏBƏR

“Bank VTB Azərbaycan”ın depozitləri 23 milyon, mənfəəti 1 milyon manat azalıb

Oktyabr 25
11:14 2023
"Bank VTB Azərbaycan” 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb.

Valyuta.az banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində "Bank VTB Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7% azalaraq 8 milyon 643 min manata enib. 2022-ci ilin eyni dövründə bank 9 milyon 570 min manat xalis mənfəət açıqlamışdı. 

Hesabat dövründə bankın faiz gəlirləri 8.3% artaraq 20 milyon 146 min manat, faiz xərcləri isə 13.8% azalaraq 5 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 5.4 milyon manata ( illik müqayisədə 2 dəfə az), qeyri-faiz xərcləri isə 18.3 milyon manata ( illik müqayisədə 16.3% az) bərabər olub. Beləliklə, bank bu dövrdə 1 milyon 368 min manat əməliyyat mənfəəti əldə edib.

"Bank VTB Azərbaycan” bu il 3% kiçilib. Belə ki, cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 7.2 milyon manat azalaraq 231 milyon 238 min manata enib. Cari ilin ilk 9 ayında "Bank VTB Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15.3% və ya 24.4 milyon manat artaraq 184 milyon 260 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 75,8 milyon manat, biznes kreditləri 61.4 milyon manat, daşınmaz əmlak kreditləri isə 46.9 milyon manat təşkil edib.

Bu dövrdə "Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri 142 milyon 285 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 10% və ya 15.9 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 24.2% və ya 23 milyon manat azalaraq 71.8 milyon manata çatıb.

2023-cü il oktyabr ayının 1-nə "Bank VTB Azərbaycan”ın cəmi kapitalı 10.9% və ya 8 milyon 734 min manat artaraq 88 milyon 953 min manata bərabər olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook