SON XƏBƏR

Banklar 4 faizlik marjadan azad olurlar

Yanvar 12
00:27 2017
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib. Fins.az xəbər verir ki, Mərkəzi Bank rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb:
 
"Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq”.
 
Bankirlər isə bildiriblər ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.
 
Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook