Banklar vətəndaşı kredit girovuna çevirib: problemli kreditlər nə qədərdir?
İyun 25
08:17
2018
Azərbaycan Mərkəzi Bankının son açıqlamalarına görə banklarda olan problemli kreditlərin həcmi bu il mayın 1-nə 1 708,8 milyon manat təşkil edib.
Bu, aprelin 1-i ilə müqayisədə 0,08 faiz azdır. İlin əvvəlinə nisbətən problemli kreditlər 5,05 faiz, ötən il mayın 1-nə nisbətən isə 7,20 faiz artıb. Aprelin sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,46 faiz təşkil edib. Bu nisbət martın sonuna 14,66 faiz, fevralın sonuna 14,7 faiz, ötən ilin sonuna 13,8 faiz, ötən il martın sonuna isə 10,2 faiz təşkil edib.
Qeyd edək ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Nəticədə manat kəskin dəyər itirdi. Manat ətrafında yaranan neqativlər həm iqtisadiyyatın real sektoruna, həm də sosial sektora təsir etməklə əhalinin güzəranını pisləşdirdi. Bununla da problemli kreditlər artmaqda davam edir. Əhali aldığı borca görə əvvəlkindən bir neçə dəfə çox vəsaiti ödəmək məcburiyyətində qalıb. İqtisadçı-alimlər problemli kreditlərin həlli ilə bağlı hökumətə bir sıra təkliflər verdilər. Vəziyyətdən çıxış yolu kimi problemli kreditlərin ödənilməsi məsələsinin bir neçə hissəyə bölünməsi məsələsi gündəmə gətirildi. Lakin hökumət verilən təkliflərə vaxtında adekvat reaksiya vermədi.
Problemli kreditlər məsələsini "Cümhuriyət” qəzetinə şərh edən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı-alim Fikrət Yusifov deyib ki, problemli kreditlərlə bağlı reallıq bundan ibarətdir ki, 2015-ci ilin yanvarın 1-i ilə müqayisədə 2018-ci ilin yanvarın 1-nə qədər problemli kreditlərin həcmi 3 dəfə artıb: "Manatın kəskin devalvasiyasından sonra kredit götürmüş müştərilər tərəfindən kreditlərin geri qaytarılması prosesində ciddi problemlər yaşanıb. Buna yaxınlarda kredit götürmüş şəxslərlə görüş zamanı şahidi oldum. Ötən aylarda rəhbəri olduğum təşkilat maliyyə bazarlarının istehlakçılara kömək edən məqsədi güdən bir layihə icra edirdi. Sözügedən layihə çərçivəsində onlarla kredit götürmüş və onun qaytarılmasında çətinlik yaşayan insanlarla görüşdüm. Əsas problem xarici valyutada götürülmüş kreditlərlə bağlıdır.
İnsanlar devalvasiyadan sonra manat ifadəsində kreditlərin həcminin artması səbəbindən kreditləri qaytara bilmirlər. Banklar isə heç bir güzəştə getmək istəmir, gecikmiş kreditlərə nəinki faiz, hətta cərimə də hesablayırlar. Bununla da həmin borcları bir qədər də yersiz şişirdirlər. Başa düşə bilmirəm ki, bu cürü şişirdilmiş borcla bank nə əldə etmiş olur?! Müştərilərin həmin kreditləri ödənməsi üçün yetərli büdcələri yoxdur. O insanların gəlir mənbəyi də yoxdur ki, öz borclarını qaytarsınlar. Bir çoxları işlərini itirib, bəzilərinin əməkhaqqında heç bir artım olmayıb və ya olubsa da cüzidir.
Ancaq bu, iki dəfə artım demək deyil ki, manatı xarici valyutaya çevirib bu kreditləri ödəmək mümkün olsun. Bu səbəbdən də problem həllini tapmamış qalır. Hesab edirəm ki, bu problemin həllinin yeganə düzgün yolu banklarla müştəri və Mərkəzi Bankla hökumət tərəfindən dördtərəfli formatda problemin mərhələli həllinə üstünlük verilməlidir. Bu zaman yükün bir qismini hökumət, bir qismini Mərkəzi Bank, böyük bir qismini də banklar öz üzərinə götürməlidir.
Çünki banklar müxtəlif vaxtlarda müştərilərə 30-40 faizlə kreditlər veriblər və külli miqdarda vəsaitlər qazanıblar. Banklar bu müştəriləri itirməmək və fəaliyyətlərinin dayanmaması üçün güzəştə getməyə məcbur və məhkumdurlar. Həmçinin Mərkəzi Bank da öz rezervlərindən istifadə edib bu məsələyə müəyyən qədər dəstək verməlidir. Düşünürəm ki, problemi bu şəkildə həll etmək mümkündür. Əks halda problemli kreditlərin həcmi getdikcə daha da artacaq. Bu isə bank sektorunu praktik olaraq iflic vəziyyətə salır”.
Maraqlıdır, borcumu ödəməkdən yayınan fiziki və hüquqi şəxslərə nəzərdə tutulan cəzalar, onlara tətbiq olunan məhdudiyyətləri yetərli hesab etmək olarmı?
Analitik hesab edir ki, götürdüyü krediti ödəmə imkanı olmayan vətəndaşın xaricə çıxışına qadağa qoymaqla problem həll olmur: "Kreditini ödəməyən şəxsin xaricə çıxışına məhdudiyyət qoyularsa, o da xaricə getməyəcək. Həmin şəxs ölkədə qalsa da, bankın kreditini ödəyə bilməyəcək. Deməli, məhdudiyyətlər məsələnin həlli yolu deyil. Burada fərdi yanaşma olmalıdır. Ola bilsin ki, kredit götürmüş şəxslərin içərisində ödəniş etmək imkanı olan, amma bundan imtina edən insanlar da var. Yəni onlar da kreditini ödəmək iqtidarında olmayan imkansızlar dəstəsinə qoşulublar. Ancaq zənnimcə, 100 adamdan 2-3 nəfəri bu fikirdə ola bilər. Lakin 100 nəfərin içərisində 98-i real olaraq manatın kəskin devalvasiyasından sonra xarici valyutada götürdükləri kreditləri ödəmək iqtidarını itirib. Problemli kreditlərin həcminin şişməsi də ilk növbədə bunun hesabına baş verir”.