SON XƏBƏR

Banklar yeni qorxunc virus haqda məlumat yaydı

Noyabr 29
11:37 2019
Rusiya bankları müştərilərin hesablarından pul oğurlamaq üçün yaradılmış yeni bir virus tapıb.

Qaynarinfo Hi-Tech Crime Trends 2019-un hesabatına istinadən xəbər verir ki, sözügedən troyan qurban seçilən şəxsin hesabından öz hesabına vəsait köçürə bilir. Bunun üçün heç bir parol və ya digər kart, yaxud mobil tətbiq məlumatları tələb olunmur.

Hakerlər tərəfindən hazırlanan proqram "avtodaşqın" kimi fəaliyyət göstərir - virus telefona daxil olur və fırıldaqçılara mobil tətbiqetmənin məlumatlarını ötürür. 

Bu, yeni bir fırıldaqçılıqdır, əvvəl hakerlər yalnız mobil tətbiqetmənin səhifələrini təqlid edən saxta pəncərələri smartfon ekranında göstərə bilərdilər. Sonra bank müştərisi şifrəni daxil edir, beləliklə fırıldaqçılar hesabdan pul çıxarırdılar.

 "Yeni Android troyanların funksionallığı bank troyanlarına demək olar ki, yaxındır. Onlar kütləvi yoluxma və operatorlarının işlərini maksimum kapitallaşdırmaq üçün nəzərdə tutulub”, - , Group-IB sədri deyib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook