Banqladeşdə plastik zavodu partladı: 13 nəfər öldü
Dekabr 14
11:32
2019
Banqladeşin paydaxtı Dəqqənin yaxınlığında yerləşən plastik zavodu yanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb. Yanğında yaralanan 21 nəfərin isə müalicəsi davam etdirilir. FHN və Mülki Müdafiə briqadalarının ilkin araşdırmaları zamanı yanğına qarşı öncədən kifayət qədər tədbir görülmədiyi üzə çıxıb.
Ölkənin səhiyyə naziri yaralıları ziyarət edib və dəhşətli yanğının zavod rəhbərliyinin səhlənkarlığı səbəbindən baş verdiyini ifadə edib. Bildirib ki, hökumət zavod rəhbərliyinin təzminat ödəməsini təmin edəcək.
Hadisənin səbəblərinin daha ətraflı araşdırılması üçün 2 ayrı istintaq komitəsi yaradılıb.
Yaralıların açıqlamalarına görə, yanğın plastik stəkan və boşqab istehsal edilən departamentdə qaz balonunun partlaması səbəbindən baş verib.