SON XƏBƏR

“Barışmaz” müxalifətçi Müdafiə Nazirliyinin 150 minlik tenderinin qalibi oldu (FOTO)

Aprel 14
21:06 2023
Müdafiə Nazirliyinin keçirdiyi 155 min manatlıq tenderinin qalibi "Sobran” MMC (VÖEN – 4003169431) adlı şirkət olub.

AzToday.az xəbər verir ki, jurnalist Allahverdi Aydın sözugedən tenderlə baölı ilginc məqamlar açıqlayıb.

Jurnalist araşdırıb ki, şirkət 2020-ci ildə yaradılıb: Aydındır ki, böyük təcrübəsi yoxdur.
 


Amma, son 4 ayda 5 dövlət qurumunun 6 fərqli istiqamətdə keçirdiyi tender müsabiqələrində qalib olub.



Şirkətin nə rəsmi saytı var, nə də sosial şəbəkə hesabları var. Böyük ehtimalla heç ofisi də yoxdur:



06.12.2022. – Qazax rayon Mərkəzi Xəstəxanasına 6 991,5 manata geyim və yorğan satacaq.
07.12.2022. – Sahibkarlığın İnkişafı Fonduna 17 233,9 manata jalüz pərdə satacaq.
19.12.2022. – Goranboy rayon Mərkəzi Xəstəxanasına 15 474,52 manata nəqliyyat vasitələrinin cari təmiri xidmətini göstərəcək və sürtkü materialları satacaq.
01.03.2023. – Mərkəzi Bankın əməkdaşları üçün 9 505,47 manata 5 652 litr süd satacaq.
08.04.2023. – 600 saylı hərbi hissəyə 79 999,28 manata dəftərxana malları satacaq.
14.04.2023. – 600 saylı hərbi hissəyə 74 999,62 manata təsərrüfat malları satcaq.

 

"Sobran” MMC-nin başında duran şəxs də vaxtı ilə "barışmaz” müxalifətçi – Nida Vətəndaş Hərəkatının aparıcı üzvlərindən olub.
 


Xətai Qafarlı

Şirkət təsis olunan ərəfələrdə və ondan sonra da "müxalif” paylaşımlar edib. Belə görünür ki, Xətai Qafarlı adlı bu gənc artıq hərəkatın üzvü deyil, yoxsa Azərbaycan Respublikası Müdafiə Nazirliyi onu 150 minlik tenderin qalibi etməzdi…
 


Qeyd edək ki, Müdafiə Nazirliyinin 150 minlik tenderini udan bu şəxs, 2013-cü ildə "Silahları üstümüzdən çəkin” aksiyasına görə cərimələnib…
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook