Baş bankir: "Azad olunmuş torpaqların tam bərpası olduqca böyük masştablı proqramdır"
Oktyabr 21
01:07
2020
"Bizim kifayət qədər ehtiyatlarımız var ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra tez bir zamanda Azərbaycan iqtisadiyyatının artımını bərpa edək, inkluziv artım yoluna çıxaq”.
Bunu AZTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
"Prezident tərəfindən növbəti 10 ildə iqtisadi potensialımızı 2 dəfə artırmaq vəzifəsi qoyulub. Hesab edirik ki, bu hədəf kifayət qədər realdır. Lakin yeni bir faktı qeyd etmək istəyirəm ki, o da Prezidentin azad olunmuş torpaqların tam bərpası proqramıdır ki, bu da, olduqca böyük masştablı proqramdır.
Bu proqramın realizasiyası ilə işğaldan azad edilən torpaqlarımızın təbii resursları iqtisadi dövriyyəyə qaytarılacaq, həyata keçiriləcək nəhəng investisiya proqramları və yaradılacaq yeni iş yerləri iqtisadi artımımıza əhəmiyyətli impuls verəcək”-deyə o bildirib (report).