Baş bankirin doğru çıxmayan inflyasiya proqnozu - TƏHLİL
Oktyabr 12
09:08
2018
Cari ilin inflyasiya səviyyəsi birrəqəmlidir.
Hazırkı inflyasiya səviyyəsini dəyərləndirən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, 2017-ci ildən Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib: "2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Proqnozlarımıza görə, ilin sonunadək bu göstərici daha da aşağı olacaq. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə də davam etməkdədir".
Baş bankirin bu açıqlaması müstəqil ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar hesab edir ki, Mərkəzi Bankın rəhbəri daim inflyasiya, banklar, eləcə də manatın məzənnəsinə münasibətdə konservativ yanaşma növü tətbiq edib.
Aparılan tədqiqatlar isə Elmar Rüstəmovun dediklərinin əksini göstərir. Belə ki, cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faizdən çox olub. İl ərzində ərzaq və qeyri-ərzaq məhsullarında təxminən 5 faiz ətrafında qiymət artımları müşahidə olunub. Bu da Mərkəzi Bankın elan etdiyi inflyasiya səviyyəsindən daha yüksəkdir. Əgər ilin sonunadək Mərkəzi Bank manatın mövcud məzənnəsini qoruyub saxlaya bilsə, birrəqəmli inflyasiya qeydə alınacaq. Əgər manatın məzənnəsi stabil qalarsa, ikirəqəmli inflyasiya qeydə alınmayacaq. Aydın məsələdir ki, manatın məzənnəsində baş verən dəyişikliklər, nəticədə istehlak bazarında qiymətlərə də təsir göstərəcək. Bu baxımdan da məzənnə sabitliyi 2018-ci ildə əldə ediləcək inflyasiya üçün çox vacibdir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərini açıqlayıb. Məlumata əsasən, 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.
Cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, - yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hökumətin real mənzərəni ifadə edən nəticələri ortaya qoyması yaxşı olardı: "Hansısa məmur və ya baş bankir münasibət bildirə bilərlər, amma bunlar mötəbər fikir sayıla bilməz. Çünki məmurun və ya şəxsin dediyi nikbin proqnoz onun özəl müşahidəsinə əsaslanır. Statistika Komitəsi və xüsusilə, Mərkəzi Bank tədqiqatlara əsaslanaraq fikir bildirməlidir. Səslənən fikirlər də çox əsaslı olmalıdır və burada vətəndaşın şübhəsinə yer qalmamalıdır. Sabitlik baxımından Azərbaycanda gedən proseslər 2015-2016-cı illərə nisbətən 2017-2018-ci illər bir qədər sabit sayıla bilər. 2017-2018-ci ildə ölkədə inflyasiyanın səviyyəsi hökumətin açıqladığı rəqəmləri bir qədər aşır. İnflyasiya əlimizdə olan nominalların dəyərinin itməsi ilə bağlı olan göstəricidir.
Vətəndaş bilir ki, bu ilin yanvar ayında neçə manatla bazara gedib və nələr ala bilib, indi də müqayisə edə bilir ki, həmin vəsaitlə nə almaq olur. Bu gün sadə vətəndaş da qiymət artımından gileylənir. Bunun özü bir sübutdur ki, ölkədə ciddi inflyasiya gedir”.
Ekspert hesab edir ki, hazırda ölkədəki inflyasiya səviyyəsi 2-3 faizlə ölçülmür: "Ötən il inflyasiya ikirəqəmli idi. Bu il ümumi inflyasiya ikirəqəmli olmasa da, amma ona yaxın rəqəmlə ifadə edilməlidir. Üç rübün nəticələrinə görə inflyasiya azaldılmış rəqəmlərlə ifadə olunub. Buna görə də ilin sonunda inflyasiyanın səviyyəsində ciddi dəyişiklik olmayacaq. Bir qrup insanlar hesab edirlər ki, hökumətin elan etdiyi inflyasiya göstəricisinin əhəmiyyəti yoxdur. Amma əslində bu, çox əhəmiyyətli bir məsələdir. Real inflyasiyanın elan edilməsi və bunun iqtisadi subyektlər tərəfindən qəbul edilməsi əsasdır. Əvvəlki illərdə İqtisadi Tədqiqatlar Mərkəzi inflyasiyanın alternativ ölçülməsi layihəsi həyata keçirdirdi. Həmin layihə müddətində hökumətin də açıqladığı inflyasiya səviyyəsi bir qədər uyğunlaşmağa başlamışdı.
Artıq vətəndaş cəmiyyətinin tədqiqat aparmaq yolu olmadığından, Statistika Komitəsi öz siyasətinə uyğun gələn rəqəmləri səsləndirir. Nə qədər ki, hökumətin monopoliyasında olan qiymətlərdə ilbəil artma tendensiyası hiss edəcəyik, inflyasiyanın sabitləşməsindən danışa bilmərik. Çünki hökumətin nəzarət etdiyi qiymətlər iqtisadiyyatın açar qiymətləridir. Qiymətlər sabitləşəndə ölkədə inflyasiya göstəriciləri də bu istiqamətdə inkişaf edəcək”.