Baş bankirlə ASC sədrinin Avropaya daşıdığı milyonlar: Qudaların Londondakı mülkləri (VİDEO)
Aprel 11
14:02
2019
2015-ci il devalvasiyalarından sonra kredıt bataqlığında çabalayan əhalidən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb. O cümlədən Elman Rüstəmovun qızı Günel Rüstəmovanın və onun əri Cümə Əhmədzadənin sərvətində fantastik artım baş verir.
Qeyd edim ki, Cümə Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğludur.
2010-cu ilin 26 oktyabr tarixinə qədər Yosma LTD adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib. 2010-cu ildən bəri Gyunel Limited adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub. Yəni 2013-cü ilə nisbətdə azalma müşahidə olunub. Lakin devalivasiya ilinin maliyyə hesabatlarına görə bu məbləğ iki dəfə artaraq 2 milyon 232 min 787, sonrakı illərdə isə hər il 1 milyon funt sterlinqdən bir qədər çox artaraq 2017-ci ildə 4 milyon 394 min 541 funt sterlinqə (təxminən 5.7 milyon dollar) çatıb.
Devalvasiya ilində Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyü Londonun ən bahalı ünvanlarından biri sayılan Princes Gate 69-70 ünvanında mənzil alıblar. Bu ünvanda 3 otaqlı mənzilin qiyməti 3.5 milyon funt sterlinqdən yaxyd 4.5 milyon dollardan başlayır. Mənzilin orderinə görə onu Londonda yerləşən Seda Zirek Design şirkətindən alıblar.
Gyunel Limiteddən başqa Cümə Əhmədzadənin Globally LTD şirkəti də olub. Bu şirkət 2012-ci ilin dekabrın 8-də 07875402 saylı lisenziya alaraq qeydiyyatdan keçib. Şirkət Əhmədzadəyə aid olan 32 Woodstock Grove London ünvanında fəaliyyət göstərib və brend malların satışı ilə məşğul olub, 2014-cü ilin 25 martında qapadılıb.
ALPS s.r.o. şirkəti 2007-ci ilin avqustunda Budějovice regional ədliyyə idarəsində qeydiyyatdan keçib. İlk olaraq şirkət Ěeské Budějovice, Pražská 2067/41 ünvanı ilə qeydiyyata alınıb.11 may 2010-cu ildə şirkət yeni ünvana köçür: Ěeské Budovjovice, Otakarova. 1 oktyabr 2012-ci ildən Cümə Əhmədzadə və Günel Rüstəmovaya məxsus Charles IV. 93/3 ünvanında fəaliyyətini davam etdirib. Qeydiyyat şəhadətnaməsinin nömrəsi: 28068939. Nizamnamə kapitalı 200 min çex kronudur. Vergi nömrəsi: CZ 280 68 939. Bank hesabı: ČSOB, Budějovice hesap nömrəsi: 264208999/0300.
Şirkətin idarə olunması 14 iyun 1972-ci il təvəllüdlü ELÇİN KAZIMOVa həvalə edilir. O Əhmədzadənin razılığı ilə şirkəti təmsil edir, qərarlar verir.
2013-cü ilin sonlarında Əhməd Əhmədzadənin oğlu və Elman Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər.
VƏ 2014-CÜ İL MAYIN 11-DƏ CÜMƏ ƏHMƏZADƏ ÇEXİYANIN MÜDAFİƏ NAZİRLİYİ İLƏ BU ÖLKƏNİN HƏRBİ QÜVVƏLƏRİNƏ AİD BİNANI ALMAQ BARƏDƏ MÜQAVİLƏ BAĞLAYIR.
Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Ľubošem HAJDUKEM imzalayır. Müqaviləyə görə Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yatarsız binanı Cümə Əhmədzadəyə satır. CÜMƏ ƏHMƏDZADƏNİN LİPNO İLƏ BAĞLI LAYİHƏSİ 150 MİLYON KRON, VƏ YA TƏXMİNƏN 7 MİLYON DOLLAR TƏŞKİL EDİR.
"Hospodarske Novny” saytının 26 mart 2018-ci il tarixli mlumatına görə, Cumanın aldığı bina ötən yüzilin 80-ci illərində inşa edilib və Çexiya Müdafiə Nazirliyinin balansında olub, 2009-cu ildən yararsız obyekt kimi istifadəsiz qalıb. Cümə Əhmədzadəni oxucularına tanıtdıran saytın məlumatına görə o, Azərbaycanda, İngiltərədə və digər ölkələrdə otellər şəbəkəsinin sahibidir. Əhmədzadənin Azərbaycandakı otelləri ilə bağlı mətbuat yazıb və hətta Cümənin Zaqataladakı otellərinin açılışında prezident İlham Əliyev də iştirak edib.
Cümə Əhmədzadə Cənubi Bohemiya bölgəsində, Lipno su hövzəsi sahilində aldığı binanı artıq tamamilə sökdürüb və tezliklə burada böyük otel kompleksinin tikintisinə başlanacaq. Burada 4255 kvadrat metrlik ərazidə 140 yataqlı otel inşa ediləcək.
Qeyd olunur ki, Lipnoda otel açmaq ideyası Əhmədzadənin dostu Elçin Kazımovdan gəlir. Əhmədzadənin İngiltərədəki oteli barədə dəqiq məlumat əldə bilməsək də, onun mütəmadi olaraq Londondakı bahalı Hotel ME-də tez-tez göründüyü, burada Britaniyanın zənginləri üçün ziyafət təşkiı etdiyi bəllidir. Çox ehtimal ki, bu otel də Əhmədzadəyə aiddir, yaxud onun ortaqlarındandır. Hotel ME Londonda bir nəfərlik gecələmə 300 funt sterlinqdən başlayır.
ALPS s.r.o. Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyünün Çexiyadakı yeganə şirkəti deyil. Lipnodakı otellə bağlı planı həyata keçirmək məqsədilə 2017-ci ilin aprelin 17-də cütlük bu ölkədə Lipno Investment s.r.o. şirkətini qeydiyyatdan keçirirlər. Təsisçilər ALPS s.r.o. şirkəti və Əhməd Əhmədzadənin oğlunun dostu Elçin Kazımov olur. Yeni şirkət Budějovice regional ədliyyə idarəsində 06202098 saylı qeydiyyat şəhadətnaməsi alır və cütlüyə məxsus Charles IV. 93/3 ünvanında fəaliyyətə başlayır.
Yeni şirkət daşınmaz əmlak alqı-satqısı, ticarət, xidmət, 2018-ci ilin iyunundan isə alkoqollu içkilərin satışı hüququ əldə edir.
Kimdir Elçin Kazımov? O 10 ilə bəridir ki, Çexiyada yaşayır, vaxtilə Milli Bankda , Elman Rüstəmovun yanında şalışıb, hazırda Milli Bank rəhbərinin ən etibarlı adamlarından biri kimi kürəkənin Çexiyadakı biznes şəbəkəsini idarə edir. Maraqlıdır ki, Kazımov həm də vaxtilə keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin yaxın adamı olmuş Rüfət İmamverdiyevlə şərik şirkətlər də qurub.
Elman Rüstəmovun kürəkəninin Elçin Kazımovun Çexiyada qeydiyyatdan keçirdiyi Budweis trading s.r.o.-nun şəriki də Rüfət İmamverdiyev olub. Şirkət 2009-cu ilin oktyabrın 1-də qeydiyyatdan keçib və Əhməd Əhmədzadənin oğluna məxsus ünvanda yerləşir.
Rüfət İmamverdiyev vaxtilə Beynəlxal Bankın London ofisinin rəhbəri olub. Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir. İmamverdiyev keçmiş Beynəlxaq Bank rəhbərinin Londondakı biznesini, o cümlədən Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın və onun qızı Leyla Yüzbaşovanın (sonradan Eldar Mahmudovun oğlu Anar Mahmudovla evlilikdən sonra Mahmudov soyadını götürüb) 2008-ci ildə Çexiyada təsis etdikləri Leco s.r.o. (Leco – Leyla corporation) şirkətjni idarə edib. Maraqlıdır ki, Hacıyevlərin Çexiyadakı şirkətinin icraçı direktoru vəzifəsini Əhmədzadənin şirkətlərində rəhbər vəzifə tutan Yuriy MIROSHNICHENKO-nun həyat yoldaşı Viktoriya MIROSHNICHENKO olub və bu şirkət də 2012-ci ildən Əhmədzadəyə məxsus ünvanda fəaliyyət göstərib.
Ən çarpıcı faktlardan biri isə Rüfət İmamverdiyevdən sonra Elman Rüstəmovun kürəkəninin beynəlxalq tədbirlərdə Beynəlxalq Bankın London ofisinin rəhbəri kimi təmsil olunmasıdır. Məsələn, 2016-cı ilin 11-12 may tarixlərində Londonda EBRD-nin illik toplantısı və biznes forumunda Cümə Əhmədzadə Beynəlxalq Bankın London ofisinin rəhbəri kimi təmsil olunub.
Elçin Kazımovun iştirakı ilə qurulan daha bir şirkət – Mehr Resources Ltd s.r.o.2008-ci ildə 400 min kron nizamnamə kapitalı ilə qeydiyyatdan keçirilib (lisenziya nömrəsi 28078586). Şirkətdəki ortaqlar isə Bakıda məskunlaşmış İran vətəndaşları olublar;
MAHBOOBEH GORJI (1971 doğumlu, qeydiyyat ünvanı Bakı şəhəri, Haqverdiyev 23/33).
Elçin Kazımovun adına rəsmiləşdirilən şirkətlərdən daha biri – East Trade Company s.r.o. ötən il mayın 3-də Çexiyada qeydiyyatdan keçib. Qeydiyyat şəhadətnaməsinin nömrəsi: 07095945. Nizamnamə kapitalı: 150 min kron. Ünvan: Klokotská 744/29, 390 01 Tábor.
Sənədlərə görə səfirin 1973-cü il təvəllüdlü, Bakı şəhəri Həsən Əliyev 98A/36 ünvanında qeydiyyatda olan xanımı şirkətdə 30 faizlik paya malikdir.