SON XƏBƏR

Baş nazir Britaniyanın Aİ-nin tərkibindən çıxmasının şərəfinə ziyafət təşkil edəcək

Fevral 01
07:05 2020
Böyük Britaniyanın Baş Naziri Boris Conson Dauninq-stritdəki iqamətgahında Nazirlər Kabinetinin üzvləri və digər yüksəkvəzifəli məmurlar üçün "Brexit" şərəfinə ziyafət təşkil edəcək.

APA "Reuters"ə istinadən xəbər verir ki, axşama sabiq Baş Nazir Tereza Meyin dəvət edilib-edilməyəcəyi məlum deyil. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına bir saat qalmış Consonun Britaniya təbəələrinə müraciətlə çıxış etməsi gözlənilir.

Brüsseldə isə, əksinə, Brexit münasibətilə heç bir tədbir gözlənilmir. Avropalı məmurlar Böyük Britaniyanın Aİ-dən çıxması qərarından təəssüfləndiklərini müxtəlif səviyyələrdə dəfələrlə dilə gətiriblər.

Britaniya Aİ-nin tərkibindən rəsmi şəkildə yanvarın 31-də London vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-i saat 3:00) çıxacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook