SON XƏBƏR

Baş nazirə Nobel mükafatı təqdim edildi

Dekabr 11
00:14 2019
Dekabrın 10-da Norveçin və İsveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltifetmə mərasimləri keçirilir.

Qlobal.az axar.az-a istinadən xəbər verir ki, həmişə olduğu kimi, yenə də Oslo və Stokholm şəhərlərində keçirilən mərasimlər Alfred Nobelin anım gününə təsadüf edir. Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim olunur. Nobel Sülh mükafatı isə Norveçin paytaxtı Osloda laureata təqdim edilir.

Oslo Şəhər Ratuşasında Efiopiyanın Baş Naziri Abiy Əhməd Əliyə 2019-cu il üzrə Nobel Sülh mükafatının təqdim olunması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə Norveç Kralı V Harald, həmçinin Kral ailəsinin üzvləri, ölkənin Baş Naziri, hökumətin və Ali Məhkəmənin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen deyib:

"Cənab Baş Nazir, bugünkü mükafat Sizə üç böyük müvəffəqiyyətə - Efiopiya ilə Eritreya arasında sülhün əldə olunmasında həlledici rolunuza, ölkənizdə vətəndaş azadlıqlarını və inkişaf edən institutları gücləndirməklə demokratiya qurmaq istiqamətində səylərinizə, Şərqi və Şimal-Şərqi Afrikada sülh proseslərinə verdiyiniz töhfələrə görə təqdim edilir”.

Efiopiyanın Baş Naziri Abiy Əhməd Əli çıxış edərək bildirib: "Efiopiya ilə Eritreya arasındakı sərhəd mübahisəsinin sülh yolu ilə həllinə töhfəmi yüksək qiymətləndirdiyinə və təşviq etdiyinə görə Norveç Nobel Komitəsinə dərin təşəkkürümü bildirirəm. Bu mükafatı efiopiyalılar və eritreyalılar, xüsusilə də sülh yolunda canını qurban verənlər adından qəbul edirəm. Həmçinin buna görə Eritreya prezidenti, yaxın tərəfdaşım və dostum İsaias Afverkiyə minnətdarlığımı bildirirəm. Onun xoş niyyəti, etimadı və sadiqliyi ölkələrimiz arasında 20 ildən çox davam edən böhranın sona çatmasına mühüm töhfə verdi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook