Baş nazirin müavini: ''Bakı-Tbilisi-Qars layihəsinin vaxtında istismara verilməsi Türkiyədən asılıdır''
İyun 06
13:43
2016
"Azərbaycan və Gürcüstan tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üzərinə düşən öhdəliyi demək olar ki, yerinə yetiriblər".
Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili bildirib.
"Azərbaycanla Gürcüstan arasında çox gözəl münasibətlər və əlaqələr var. Bu əlaqələr daha da inkişaf edir. Ötən həftə Azərbaycanın nəqliyyat sahəsinin rəsmi şəxsləri və mütəxəssisləri ilə görüşümüz baş tutdu. Bakı-Tbilisi-Qars layihəsi üzrə Azərbaycan və Gürcüstan tərəfi demək olar ki, bütün işləri görüb. Türkiyə tərəfi bütün tikinti işlərini vaxtında başa çatdırmalıdır ki, biz layihənin real açılış vaxtını bilək. Dəmir yolunun vaxtında istismara verilməsi Türkiyə tərəfindən asılıdır", - deyə o bildirib.

Qlobal.az