SON XƏBƏR

Baş Prokurorluq Qaradağlı qətliamı ilə bağlı məlumat yaydı - VİDEO

Fevral 17
20:30 2022
Qaradağlı hadisəsi ilə bağlı indiyədək 12 nəfər beynəlxalq axtarışa verilib. 

Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, erməni silahlı birləşmələrinin üzvləri azərbaycanlıları bir milli qrup kimi məhv etmək məqsədilə 14-17 fevral 1992-ci il tarixlərində Xocavəndin Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü 60 yaşdan yuxarı, 34-ü kişi cinsindən olan cavanlar olmaqla 67 nəfəri öldürüblər. İki nəfərə ağır bədən xəsarətləri yetirib, 9-nu isə girov götürüblər. Eyni zamanda yaşayış binalarını və dövlət obyektlərini qarət edərək yandırıblar. 

Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilən sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir.
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook