Baş Prokurorluqda 2 yeni təyinat olub
Avqust 07
13:53
2024
Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən, Şəlalə Rüstəmova və Səkinə Hüseyinova-Zeynalova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin ediliblər.
Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd edilib ki, onların hər ikisi 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, Ş.Rüstəmova bu təyinata qədər Nizami rayon prokurorunun köməkçisi və böyük köməkçisi vəzifələrində, S.Hüseyinova-Zeynalova isə Siyəzən rayon prokurorluğunun müstəntiqi və həmin rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləyib.