SON XƏBƏR

Baş Prokurorluğun cinayət işi açdığı "Profco" MMC dayanmaq bilmir: Çayın yatağı 10 metr dərinliyində qazılır (VİDEO)

Oktyabr 27
07:32 2022
Lənkəran rayonunun Təngivan kəndi məhv edilməkdədir. Kəndin ortasından keçən Lənkərançay çayının yatağı Lənkəran icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi "PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.

AzToday.az xəbər verir ki, bu gün kənd sakinləri ilə şirkət nümayəndələri arasında insident olub. Sakinlər çayın yatağının qazılmasına etiraz eləsələr də, "PROFCO” MMC rəhbərliyi işləri dayandırmayıb.

Daha ətraflı video sujetdə:



Qeyd edək ki, "PROFCO” MMC-nin Lənkərançay çayının yatağını qazaraq daşıması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə müraciət edib. Həmçinin, şirkətlə bağlı Baş Prokurorluqda cinayət işi açılıb. Buna baxmayaraq, "PROFCO” MMC Lənkərançay çayının yatağını 10 metr dərinliyində qazmaqda davam edir…
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook