SON XƏBƏR

Baş prokurorun müavini yanğın yerinə getdi (VİDEO)

Yanvar 15
13:33 2024
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd eüdək ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış-yanğın baş verib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Həımçinin partlayış-yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook