“Başakşəhər”in prezidenti: “Stadionumuzu da, evimizi də “Qarabağ”ın üzünə açarıq”
Oktyabr 23
16:39
2020
"Dünən bazaya gələndə mənə dedilər ki, UEFA Azərbaycanın "Qarabağ” klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var”.
Türkiyənin "Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ Avropa Liqasının II turunda "Qarabağ” - "Vilyarreal” matçının "Başakşəhər Fatih Terim” stadionuna salınmasına münasibət bildirib.
Qlobal.az xəbər verir ki, klub rəhbəri bu qərardan məmnunluğunu dilə gətirib:
"Dünən klubun binasında gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycanın "Qarabağ" komandasına evdə oyun keçirməyə icazə vermir, onlara fərqli ölkələrdə oynamaq variantı təklif olunub. "Qarabağ" tərəfi da UEFA və "Başakşəhər" klubu icazə verərsə, burada oynamaq istədiyini bildirib. Mən də baş direktorumuza dedim ki, Azərbaycan və "Qarabağ"lı can qardaşlarımızın hamısını burada qonaq etməkdən qürur və xoşbəxtlik duyacağıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də "Qarabağ”ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu”.
Gümüşdağ komandasının Çempionlar Liqasında iştirakı səbəbindən ot örtüyündə yaranacaq problemdən də narahatlıq keçirmədiklərini vurğulayıb:
"Oktyabrın 28-də Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə "Qarabağ” "Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, "Qarabağ” klubunu ən yüksək səviyyədə qonaq edəcəyik. "Qarabağ”ın 3 ev oyununun hamısının burada keçirilməsinə razıyıq. Amma UEFA hələlik bir oyunla bağlı qərar verib. Əgər UEFA müsbət rəy verərsə, "Qarabağ” digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər”.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam klubu ölkədəki vəziyyətlə əlaqədar ev qarşılaşmalarını neytral meydanda keçirməlidir.