SON XƏBƏR

Başıbəlalı “Qarabağnamə”- və yaxud: "SERİAL PULU"NUN QƏSBKARLARI

Yanvar 11
11:23 2016
Başıbəlalı "Qarabağnamə” 10 Yanvar 2016 23:12 Print Email mtrsMTRŞ ilə ITV və ANS arasında serial qalmaqalı, teleserial çəkilişi üçün ayrılan vəsaitin müqaviləyə uyğun xərclənməməsi barədə dünənki yazıdan sonra oxucularımızdan əlavə məlumat almışıq.
 
ITV əməkdaşı olan oxucumuz yazıda qeyd olunduğu kimi 800 min manatın yalnız "Qarabağnamə” üçün deyil, ümumiyyətlə, teleserial, film çəkilişi üçün ayrıldığını bildirib. Bu vəsaitin və reklam bazarından gələn daxili imkanlar hesabına seriallar, bədii televiziya filmləri, sənədli filmlər çəkilib tamaşaçılara təqdim olunub. "Qarabağnamə”nin çəkilişlərinə başlanıb. Vəsaitin 100 min manatı "Qarabağnamə” üçün nəzərdə tutulubmuş. Və… Və 2013-cü ildə Ictimai televiziyada rəhbər dəyişikliyindən sonra işlər dayanıb, "Qarabağnamə”nin çəkilişləri yarımçıq qalıb, müqavilə şərtləri pozulub.
 
"Qarabağnamə” yolu gözləyən Teleradio şurası nəhayətdə çıxış yolunu məhkəməyə müraciətdə görüb. Telekanalın "Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini hazırlayıb təhvil verməməsi bu addımı atmaq məcburiyyəti yaradıb. MTRŞ ayrılan vəsaitin 429 min(?) manatının geri qaytarılması barədə tələb irəli sürüb.
 
Oktyabrın 7-də 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi MTRŞ-nin iddiasını təmin edib. ITV qərardan apelyasiya şikayəti verib. Dekabrın 9-da Bakı Apelyasiya Məhkəməsində Ictimai Televiziya və Radio Yayımları Şirkətinin (ITV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apelyasiya şikayətinə baxılıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb. Yəni Ictimainin apelyasiya şikayəti təmin edilməyib. ITV "Qarabağnamə”ni təhvil verməlidir.
 
Bunu, yazdığımız kimi, daxili imkanlar hesabına da etmək mümkündür. ITV büdcədən maliyyələşir, reklamdan yüksək gəlir əldə edir – görəsən bu pulların hara xərcləndiyinə kimlər və necə nəzarət edirlər? Ümumiyyətlə, nəzarət varmı? Bu arada, Azərbaycan respublikasının bir dövlət qurumu (MTRŞ) dövlət büdcəsi hesabına fəaliyyət göstərən televiziyanı (ITV) məhkəməyə verir, məhkəmə qərar çıxarır, Ictimai Teleradio Yayım Şurası isə susur. Ümumiyyətlə, son zamanlar Yayım Şurası üzvlərinin səsi çıxmır. Cahangir Məmmədli də gözə dəymir. Görünür, Yayım Şurasının ancaq adı qalıb.
 
Vətəndaşsızlıq mövqeyi, hər cür texniki imkanları olan, dövlətdən ciddi dəstək alan telekanalın üç il ərzində tarixi və milli dəyəri ola biləcək "Qarabağnamə” layihəsini reallaşdırmaması, telekanal rəhbərliyinin, Yayım Şurasının yarıtmaz fəaliyyəti mütləq araşdırılmalıdır.
 
Azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook