Başlıbel qətliamından 31 il ötür
Aprel 18
07:04
2024
Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. "Report” xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.
Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı 1 nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər. Bu hadislər zamanı yalnız 93 yaşlı Başlıbel sakini Ələsgər Kazımov dogma kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib.