“Baxmut Ukraynadır!” - “Onlar hansısa ayaq yoluna bayraq sancıblar...”
Aprel 03
17:14
2023
Məlum olduğu kimi, "Vaqner” başçısı Yevgeni Priqojin aylardır uğrunda qanlı döyüşlər gedən Baxmut şəhərinin mərkəzindəki şəhər administrasiyasına bayraq sancdıqlarını bəyan edib. O, deyib ki, Baxmut "hüquqi baxımdan” ələ keçirilib. Hətta bununla bağlı videogörüntü də yayımlanıb.
"AzPolitika.info” xəbər verir ki, Ukrayna tərəfi şəhərin işğal edilməsilə bağlı xəbərləri təkzib edib.
Əvvəlcə Ukrayna Prezident Ofisinin rəhbəri yayılan məlumatlara öz sosial şəbəkə səhifəsində belə cavab verib: "Baxmut Ukraynadır! Reallıqda olmayan "qələbə”ni uyduran feyklərə sakit reaksiya verin”.
"Rusiya Baxmutu ələ keçirməkdən uzaqdır. Şəhər administrasiyası ətrafında döyüşlər gedir”.
Bunu isə Ukrayna Ordusu Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatı "Reuters”ə açıqlamasında deyib.