SON XƏBƏR

Bayden ABŞ-nin Avropadakı əsgərlərinin sayını açıqlayıb

İyun 08
07:54 2024
Avropada, Şimali Atlantika Alyansı ölkələrinin ərazisində ABŞ-nin 80 min əsgəri var.

"Report” xəbər verir ki, bu barədə ABŞ Senatına və Nümayəndələr Palatasına yazılı bildirişdə Prezident Cozef Bayden bildirib.

"ABŞ Silahlı Qüvvələrinin 80 minə yaxın hərbi qulluqçusu müttəfiqlərimizi ruhlandırmaq və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün NATO-nun Avropadakı ölkələrinə göndərildi və ya yerləşdirildi", - Bayden qeyd edib.

Bu rəqəm ötən illə müqayisədə dəyişməz olaraq qaldı. NATO ölkələrindən başqa, ABŞ-nin daha 576 əsgəri Kosovoda, 2 310-u Səudiyyə Ərəbistanında, 3 813-ü İordaniyada, 75 əsgəri isə Livanda yerləşdirilib.

Ancaq məktubda ABŞ-nin İraq və Suriyadakı əsgər və zabitlərinin sayı açıqlanmır - məlumatlar "milli təhlükəsizliyi təmin etmək"üçün qapalı qalır.

Bayden əlavə edib ki, Nigerdə yaxın aylarda ölkədən çıxarılacaq 700 ABŞ əsgəri qalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook