SON XƏBƏR

Bayden bu ölkənin rəsmilərinin ABŞ-a girişinə qadağa qoydu

Noyabr 17
04:00 2021
ABŞ Prezidenti Co Bayden Nikaraqua hökumət nümayəndələrinin ABŞ-a girişinə və immiqrasiyasına qadağa qoyan fərman imzalayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu qərar həmin ölkədə insan haqlarının və demokratiyanın pozulması ilə əlaqələndirilib. 

"Belə qərara gəldim ki, prezident Daniel Orteqanın başçılıq etdiyi Nikaraqua hökuməti üzvlərinin, o cümlədən onun həyat yoldaşı və vitse-prezident Rosario Murilyonun, bu fərmanda adları sadalanan, demokratik təsisatları sarsıdan siyasət və hərəkətləri həyata keçirən və fayda əldə edən başqalarının immiqrant və qeyri-immiqrant kimi Birləşmiş Ştatlara girişini məhdudlaşdırmaq və dayandırmaq ölkəmizin maraqlarına uyğundur”, - deyə Baydenin fərmanında deyilir. 

Qeyd edək ki, ABŞ bundan əvvəl Nikaraquada keçirilən ümumi seçkilərin nəticələrini tanımaqdan imtina edib və ölkə hakimiyyətinə iqtisadi və diplomatik təzyiqləri davam etdirəcəyini bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook