SON XƏBƏR

“Bayden münaqişəni beş dəqiqəyə bitirə bilər” - Volodimir Zelenski

İyul 10
09:12 2023
"Ukrayna ərazilərinin təhvil verilməsindən gedirsə, ABŞ prezidenti Cozef Bayden münaqişəni beş dəqiqəyə bitirə bilər, lakin Kiyev bununla razılaşmır”.
 
"Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "ABC News”a müsahibəsində deyib.

"Əgər biz münaqişəni Ukraynanın bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, məncə, bu yolla Bayden bunu beş dəqiqəyə bitirə bilər. Amma razı olmazdıq”- deyə, o qeyd edib.

O, 24 saat ərzində hərbi əməliyyatları dayandıracağını vəd edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə də münasibət bildirib. Zelenski xatırladıb ki, onun dövlət başçısı olarkən belə bir şansı artıq olub:

"Münaqişəni bitirmək istəyi çox gözəldir. Amma bu arzu hansısa real təcrübəyə əsaslanmalıdır. Deyəsən, Donald Trampın gündə o 24 saatı var idi. Onun bu vaxtı var idi, amma görünür, başqa prioritetləri mövcud idi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook