Bayden qalib gəlsə, ölkədə inqilab olacaq - Tramp xəbərdarlıq etdi
Sentyabr 01
12:22
2020
ABŞ Prezidenti Donald Tramp Demokratlardan namizəd Cozef Baydenin prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ-ın "radikal sol qüvvələr" tərəfindən həyata keçirilən "inqilabı" ilə qarşılaşacağını söyləyib.
Qaynarinfo xəbər verir ki, Amerika lideri bu haqda Fox News-a verdiyi müsahibədə deyib. "Bayden gəlsə, onlar hakimiyyəti götürəcəklər. O, zəif insandır. Bir kukla kimi idarə olunur... bu, bir inqilabdır”, - Ağ Ev rəhbəri Demokratların namizədinin zəif insan olduğunu, "prezidentliyə namizədliyə yaramadığını" vurğulayıb.
Trampdan tərəfdarlarının solçu etirazçılarla "qarşı-qarşıya gəlməsini” istəyib-istəmədiyi də soruşulub. Tramp belə cavab verib: "Onlarla hüquq-mühafizə orqanları məşğul olacaq”.
Qaynarinfo xəbər verir ki, Amerika lideri bu haqda Fox News-a verdiyi müsahibədə deyib. "Bayden gəlsə, onlar hakimiyyəti götürəcəklər. O, zəif insandır. Bir kukla kimi idarə olunur... bu, bir inqilabdır”, - Ağ Ev rəhbəri Demokratların namizədinin zəif insan olduğunu, "prezidentliyə namizədliyə yaramadığını" vurğulayıb.
Aparıcı Baydenin kimin tərəfindən idarə olunduğunu soruşduqda, Tramp bu şəxslərin kim olduğunu bilmədiyini və təfərrüatları paylaşmaq istəmədiyini bildirib.