Bayden: "“Şimal axını-2”yə qarşı sanksiyaların tətbiq edilməsinin əks təsiri olacaq"
May 26
09:56
2021
"Rusiyaya məxsus "Şimal axını-2” qaz boru kəmərinin tikintisi demək olar ki, başa çatıb və layihəyə sanksiyaların tətbiq edilməsi ABŞ-ın Avropa ilə münasibətlərində əks nəticə verəcək”.
APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, "Şimal axını-2” layihəsi Rusiyadan Baltik dənizi ilə Almaniyaya qədər uzanan, ümumi gücü 55 milyard kubmetr olan 2 qaz boru kəmərinin inşasını nəzərdə tutur.
Kəmərin inşası 2019-cu ilin dekabrında İsveçrənin "Allseas” bölgəsində ABŞ-ın mümkün sanksiyaları səbəbindən dayandırılmışdı.