SON XƏBƏR

Bayden və Makron arasında telefon danışığı olub

Fevral 03
06:05 2022
ABŞ-ın Prezidenti Cozef Bayden və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

"Report” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı prezidentlər Rusiyanın Ukrayna ilə sərhəddə güclənməsini müzakirə ediblər. Bundan başqa, tərəflər Rusiya ilə diplomatik təmasların koordinasiyası, həmçinin potensial sanksiyalar məsələləri ətrafında fikir mübadiləsi aparıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook