Baydendən Putinin “qırmızı xətləri”nə qarşı sərt reaksiya
Dekabr 04
10:53
2021
"Mən heç kimin qırmızı xətlərini qəbul etməyəcəyəm".
Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Bayden Kemp Devid iqamətgahına getməzdən əvvəl Vaşinqtonda jurnalistlərə deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, o, Rusiyanın Ukraynaya "işğalını” çətinləşdirəcək hərtərəfli təşəbbüslər hazırlayır.
KİV-in məlumatına görə, Co Bayden təkcə NATO infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırılması deyil, həm də Ukrayna ərazisinə zərbə kompleksləri yerləşdirilməsinin Moskva üçün "qırmızı xətlər” olmasıyla bağlı Rusiya prezidenti Vladimir Putinin "Rusiya çağırır” forumunda verdiyi açıqlamaları şərh edib.
Rusiya-Ukrayna sərhədindəki vəziyyəti şərh edən Co Bayden rusiyalı həmkarı ilə "uzun söhbətə” ümid etdiyini də əlavə edib: "Rusiyanın hərəkətlərindən çoxdan xəbərimiz var. Putinlə uzun söhbətimiz olacağını gözləyirəm”.
Bildiyiniz kimi, yaxın vaxtlarda virtual Rusiya-Amerika sammiti keçirilməlidir, burada digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı vəziyyət, Əfqanıstandakı hadisələr, İranın nüvə proqramı ilə bağlı danışıqlar və ikitərəfli münasibətlərin müzakirəsi planlaşdırılır.
Bundan əvvəl ABŞ prezidenti deyib ki, o, "ən ambisiyalı və mənalı təşəbbüslər toplusu hazırlayır ki, bu da Putinin insanların onun etməkdən qorxduğu şeyləri yerinə yetirməsini çox çətinləşdirəcək". Söhbət konkret hansı tədbirlərdən gedir, Bayden ətraflı açıqlama verməyib, sadəcə onun administrasiyasının Ukrayna rəhbərliyi və avropalı müttəfiqləri ilə daimi təmasda olduğunu bildirib.
Associated Press-in məlumatına görə, ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın 2022-ci ildə başlaya biləcək mümkün hərbi hücumu planlaşdırdığını müəyyən ediblər.
Bu yaxınlarda ABŞ və Rusiyanın diplomatik departamentlərinin rəhbərləri Ukrayna ətrafındakı vəziyyətlə bağlı sərt bəyanatlar veriblər. ATƏT xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşündə ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə münaqişənin gərginləşəcəyi təqdirdə Rusiyanın "ciddi nəticələrlə” üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
CNN qeyd edir ki, Rusiya Ukraynaya hücum planlarının olduğunu inkar edir, eyni zamanda Qərbdən Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyinə dair vəd kimi təhlükəsizlik zəmanəti tələb edir.
ABŞ və onun Avropa və NATO-dakı müttəfiqləri Rusiyaya Ukraynaya müdaxilə edəcəyi təqdirdə ciddi iqtisadi sanksiyalarla bağlı xəbərdarlıq ediblər. Lakin Qərb rəsmiləri Rusiya ilə birbaşa hərbi münaqişəyə qarışmaq istəmirlər, Moskva bunu başa düşür, - Qərbin yüksək rütbəli kəşfiyyat rəsmisi bunları CNN-ə bildirib.
Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Bayden Kemp Devid iqamətgahına getməzdən əvvəl Vaşinqtonda jurnalistlərə deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, o, Rusiyanın Ukraynaya "işğalını” çətinləşdirəcək hərtərəfli təşəbbüslər hazırlayır.
KİV-in məlumatına görə, Co Bayden təkcə NATO infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırılması deyil, həm də Ukrayna ərazisinə zərbə kompleksləri yerləşdirilməsinin Moskva üçün "qırmızı xətlər” olmasıyla bağlı Rusiya prezidenti Vladimir Putinin "Rusiya çağırır” forumunda verdiyi açıqlamaları şərh edib.
Rusiya-Ukrayna sərhədindəki vəziyyəti şərh edən Co Bayden rusiyalı həmkarı ilə "uzun söhbətə” ümid etdiyini də əlavə edib: "Rusiyanın hərəkətlərindən çoxdan xəbərimiz var. Putinlə uzun söhbətimiz olacağını gözləyirəm”.
Bildiyiniz kimi, yaxın vaxtlarda virtual Rusiya-Amerika sammiti keçirilməlidir, burada digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı vəziyyət, Əfqanıstandakı hadisələr, İranın nüvə proqramı ilə bağlı danışıqlar və ikitərəfli münasibətlərin müzakirəsi planlaşdırılır.
Bundan əvvəl ABŞ prezidenti deyib ki, o, "ən ambisiyalı və mənalı təşəbbüslər toplusu hazırlayır ki, bu da Putinin insanların onun etməkdən qorxduğu şeyləri yerinə yetirməsini çox çətinləşdirəcək". Söhbət konkret hansı tədbirlərdən gedir, Bayden ətraflı açıqlama verməyib, sadəcə onun administrasiyasının Ukrayna rəhbərliyi və avropalı müttəfiqləri ilə daimi təmasda olduğunu bildirib.
Associated Press-in məlumatına görə, ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın 2022-ci ildə başlaya biləcək mümkün hərbi hücumu planlaşdırdığını müəyyən ediblər.
Bu yaxınlarda ABŞ və Rusiyanın diplomatik departamentlərinin rəhbərləri Ukrayna ətrafındakı vəziyyətlə bağlı sərt bəyanatlar veriblər. ATƏT xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşündə ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə münaqişənin gərginləşəcəyi təqdirdə Rusiyanın "ciddi nəticələrlə” üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
AP qeyd edir ki, Dövlət Departamentinin rəhbəri hansı sanksiyaların tətbiq oluna biləcəyini dəqiqləşdirməsə də, potensial olaraq onlardan biri Rusiyanı SWIFT beynəlxalq ödəniş sistemindən ayırmaq ola bilər ki, bu da öz növbəsində Rusiya biznesini SWIFT beynəlxalq ödəniş sistemindən "qopamaqla” hədələyir. Bildirilir ki, Qərb müttəfiqləri belə bir addımı 2014-2015-ci illərdə, Ukrayna ətrafında gərginliyin artdığı dövrdə nəzərdən keçiriblər.