"Baydenin hərəkətləri bizi nüvə müharibəsi astanasına gətirib çıxarıb" - Keçmiş konqresmen
İyul 02
13:24
2023
Demokratlar Partiyasından 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürən Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbard hesab edir ki, ABŞ administrasiyası Ukraynada münaqişənin daha da genişlənməsinin risklərindən xəbərsizdir və artıq dünyanı nüvə müharibəsi həddinə çatdırıb.
Qaynarinfo xəbər verir ki, Qabbard bununla bağlı "YouTube"da video yayımlayıb.
"Prezident Co Baydenin hərəkətləri və siyasəti bizi nüvə müharibəsi astanasına gətirib çıxarıb. Bu, təkcə bizim üçün deyil, bütün dünya üçün ekzistensial təhlükədir. Biz NATO ölkələrinin Ukraynaya qoşun göndərmək istədikləri barədə söhbətləri eşidirik ki, bu da ABŞ, NATO ölkələri və dünyanın ən güclü nüvə silahına sahib olan Rusiya arasında birbaşa toqquşma riskini artıracaq", deyə keçmiş konqresmen bildirib.
Tulsi Qabbard hesab edir ki, Vaşinqton nüvə müharibəsi və adi silahlardan istifadə ilə münaqişə arasında fərq görmür:
"Prezident Bayden, onun administrasiyasının üzvləri və ya televiziyadakı qondarma ekspertlər üçüncü dünya, nüvə müharibəsi haqqında sanki növbəti müharibə, başqa bir münaqişə kimi danışırlar".