SON XƏBƏR

“Baykar” iki “Bayraktar”ı Ukraynaya təmənnasız bağışladı

Yanvar 26
09:15 2023
Ukrayna Türkiyənin "Baykar” müdafiə şirkətindən iki ədəd "Bayraktar TB2” pilotsuz uçuş aparatı alıb.

Qlobal.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, "Baykar” Ukrayna Silahlı Qüvvələrinə və Ukrayna xalqına  işğalçılardan qorunmaq üçün dronları pulsuz təhvil verib.

"Dövlətimizin ən çətin anlarında barışmaz mövqeyi və daimi dəstəyinə görə "Baykar”a sonsuz minnətdarıq”, - Baş Kəşfiyyat İdarəsindən bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook