SON XƏBƏR

Bəhreyndə "Made in Azerbaijan" brendi altında məhsulların daimi sərgisi açılacaq

Avqust 06
11:28 2018
Bəhreynin paytaxtı Manamada "Made in Azerbaijan" brendi altında məhsulların daimi sərgisi təşkil ediləcək. Bu barədə Trend-ə Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyasının İdarə Heyətinin sədri Elşən Rəhimov deyib.

E.Rəhimovun sözlərinə görə, bu sərginin təşkil edilməsi Azərbaycana öz məhsullarını yalnız Bəhreyndə deyil, həm də digər ərəb ölkələrində tanıtmağa imkan verəcək.

E.Rəhimov qeyd edib: "Bəhreynə çoxlu sayda ərəb turistlər gəlir, ələxsus Səudiyyə Ərəbistanından. Buna ölkənin digər ərəb ölkələri ilə ərazi yaxınlığı, həm də ölkələr arasında vizasız rejim səbəb olur".

Onun sözlərinə görə, bəhreynli investorlar da öz sərmayələrini Azərbaycana yatırmaqda maraqlıdırlar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook