SON XƏBƏR

Belarus Respublikası Xalq Məclisi Respublika Şurasının sədri Natalya Koçanova “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib

Mart 07
18:53 2024
"Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurası Belarus Respublikası Xalq Məclisi Respublika Şurasının sədri Natalya Koçanovanı "Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edib.

Mükafat Azərbaycan və Belarus Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə sədr Natalya Koçanovaya təqdim edilib.

Belarus Xalq Məclisi Respublika Şurasının iqamətgahında "Azərbaycanın dostu” qızıl ordenini Natalya Koçanovaya "Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli təqdim edib.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu bildirən Emil Nəsirli iki xalq arasında dostluğun dərin tarixi köklərə söykəndiyini vurğulayıb. Emil Nəsirli bildirib ki, dövlətlərimiz arasında siyasi münasibətlər uzun müddətdir ki, strateji tərəfdaşlıq xarakteri daşıyır və dövlətləri Belarus və Azərbaycan prezidentlərinin dəfələrlə vurğuladıqları səmimi dostluq münasibətləri birləşdirir.

Emil Nəsirli əlavə edib ki, beynəlxalq münasibətlərdə dövlət rəhbərlərinin rolu həlledici əhəmiyyətə malikdir və Belarusla Azərbaycan arasında münasibətlər də bu mənada istisna deyil.
 
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətləri illərin dostluğu, qarşılıqlı fayda və beynəlxalq platformalarda maraqların birgə müdafiəsi ilə sınaqdan çıxıb.

"Dövlət liderləri arasında yaranmış münasibətlər dövlət hakimiyyəti və idarəetmə orqanları arasında bütün münasibətlər sisteminə, iqtisadi əməkdaşlığa və sadəcə olaraq, insanlar arasında məişət səviyyəsində münasibətlərə müsbət təsir göstərir. Bu cür əlaqələr öz vəzifə və funksiyalarını daha məsuliyyətlə yerinə yetirməsini, bir-birinin fikrinə və mövqelərinə hörmət etməsini, maraqların qarşılıqlı nəzərə alınmasını stimullaşdırır”, - deyə Emil Nəsirli qeyd edib.

Belarus Xalq Məclisi Respublika Şurasının sədri Natalya Koçanova öz növbəsində "Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasına və kollektivinə təşəkkürünü bildirib və Azərbaycan tərəfinin iki ölkə arasında əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, dünyadakı mürəkkəb siyasi vəziyyətin münasibətlərimizə heç bir mənfi təsir göstərməməsini qanunauyğun hesab edib.

"Əksinə, biz çətin anlarda həmişə bir-birimizə dəstək olmuşuq və bu ənənə davam edir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq Belarus və Azərbaycan arasında əlaqələrin gələcək inkişafı üçün bayraqdardır. Böyük inkişaf yolu keçmiş ikitərəfli dövlətlərarası münasibətlər fəal siyasi dialoq, intensiv təmaslar, ikitərəfli və çoxtərəfli formatlarda sıx qarşılıqlı fəaliyyətlə səciyyələnir”, - deyə Natalya Koçanova bildirib.
 

 

 
 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook