SON XƏBƏR

Belarus XTQ Ukraynaya qarşı döyüşməkdən imtina etdi - USQ

Mart 14
11:27 2022
Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 14-də saat 06:00-a olan Rusiya işğalının xülasəsində məlumat verib.

"Belarus Respublikası silahlı qüvvələrinin Ukraynada müharibə aparmağa hazırlığı baxımından: xüsusi əməliyyat qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinin bəyanatına əsasən, Belarusun silahlı qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcək”, - məlumatda deyilir.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 12-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Belarus Respublikası ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsinin qaldığını bildirib. Onun sözlərinə görə, Aleksandr Lukaşenko hələ də Belarus ordusunu döyüşə göndərməyə cəsarət etmir.

Martın 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Belarusun hərbi rəhbərliyi Ukrayna ilə sərhədin mühafizəsini gücləndirmək üçün tədbirlər görməkdə davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook