SON XƏBƏR

Belarusdan icazəsiz getmək olmaz – Hökumət yeni qərarlar verdi

Noyabr 23
19:25 2023
Belarus vətəndaşları xaricə daimi yaşamağa gedərsə, ölkə daxilindəki miqrasiya orqanlarından icazə almalıdırlar.

"AzPolitika.info” yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Belarus Nazirlər Şurasının qərarında deyilir.

Əvvəllər müvafiq icazələr Belarus konsulluqlarında verilirdi. İndi daimi yaşamaq üçün gedənlər yaşadıqları yer üzrə vətəndaşlıq və miqrasiya şöbələrinə təhsil, vergi öhdəlikləri, aliment və qohumlarının əlaqəsi göstərilməklə ərizə və sorğu vərəqəsi təqdim etməli olacaqlar.

Miqrasiya idarələri ölkədən çıxmaq istəyənlərin bu huququnun olub-olmadığını yoxlamalıdır. Digər məsələlər arasında, vəzifəli şəxslər ölkədən çıxmaq istyənlər barədə hərbi qeydiyyat və komissarlığa sorğular göndərilməsi də var.

İcazənin və ya tərk etməkdən imtinanın işlənməsi və hazırlanması üçün cəmi 35 gün ayrılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook