SON XƏBƏR

Belçikada meymunçiçəyinə yoluxmalar artır

İyul 21
09:59 2022
Belçikada meymunçiçəyinə yoluxma halları artır.

"Report” xəbər verir ki, bu barədə "Sciensano” Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Məlumata görə, ölkədə meymunçiçəyinə yoluxanların sayı 311-ə çatıb. Qeyd edilir ki, bütün yoluxma halları 20-65 yaş arası kişilərdə qeydə alınıb.

Xəstələrin demək olar hamısında dəri səpkiləri, yorğunluq kimi ümumi əlamətlər müşahidə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ilin əvvəlindən indiyədək dünyanın 60-dan çox ölkəsində və və ya regionunda xəstəliyə 3 000-dən çox yoluxma halı aşkar edilib, 1 nəfər ölüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook