SON XƏBƏR

Belçikalı memar dünyada ilk sualtı göydələnin layihəsini hazırlayıb

Dekabr 31
11:37 2015
Belçikalı memar Vinsent Kallebot 20.000 adam üçün nəzərdə tutulan sualtı göydələnlərin konseptual layihəsini hazırlayıb. Layihəyə əsasən, ekoloji cəhətdən təmiz strukturların yeraltı yanacağa ehtiyacı yoxdur, çünki enerji və istiliyi onlar özü hasil edir.
 
Müəllif şübhə etmir ki, layihə həyata keçiriləndən sonra atmosferə atılan zərərli tullantıların miqdarı azalacaq.
 
AZƏRTAC rambler.ru saytına istinadla xəbər verir ki, hər sualtı göydələn daxili quruluşuna görə meduzanı xatırladır. Giriş və körpü səthdə yerləşir, spiral şəklində olan sualtı hissə isə 1.000 metr dərinliyədək uzanır.
 
Sualtı evin daxilində ofislər, emalatxanalar, elmi laboratoriyalar, dəniz fermaları, kənd təsərrüfatı bitkilərini yetişdirmək üçün yer və çəmənlikdən ibarət parklar yerləşdiriləcək. İçməli suya olan tələbatı xüsusi elektrik stansiyası hesabına ödəmək planlaşdırılır.
 
Hava dəniz səthindən yuxarıda yerləşən külək boruları vasitəsilə konveksiya yolu və ya oksigen stansiyasının köməyi ilə dəyişiləcək. Sualtı göydələn sakinlərinin azuqəsini mərcan qayalıqları, balıqçılıq və xüsusi fermalar təmin edəcək.
 
Vinsent Kallebot hesab edir ki, sualtı göydələnlər dünya okeanı akvatoriyaları üzrə səpələnmiş, eni 500 metr, dərinliyi 250 mərtəbə hündürlüyündə olan ekoloji kəndlərin əsasını təşkil edəcək. Sualtı yaşayış sahəsinin 1 kvadratmetrinin qiyməti 1430 funt-sterlinq olacaq.
 

 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook