Ben Kardin: "Konqresmenlər "Kreml hesabatı" ilə əlaqədar hələ sanksiya tətbiq edilməməsindən məyusdurlar"
Fevral 01
12:47
2018
"Konqresmenlər "Kreml hesabatı" ilə əlaqədar hələ sanksiya tətbiq edilməməsindən məyusdurlar".
"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə ABŞ Senatının Beynəlxaql İşlər Komitəsinin sədr müavini Ben Kardin deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı dinləmələr keçiriləcək.
O, həmçinin Konqresin hesabatın qapalı hissəsini dərc etməyəcəyini, bunun, sadəcə, qadağan olduğunu söyləyib.
Xatırladaq ki, dünən ABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" dərc olunub və siyahıda 210 nəfər, Rusiyanın baş nazir Dmitri Medvedev də daxil olmaqla Rusiya rəhbərliyinin demək olar, bütün üzvləri və böyük iş adamları yer alıb. Hesabat dərhal sanksiya tətbiqini tələb etmir, lakin gələcəkdə tətbiq oluna biləcəyini nəzərdə tutur.