Benzinin qiyməti qalxsa da, AZAL qiymətləri qaldırmayacaq
Dekabr 09
01:08
2016
Bu yaxınlarda Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılması "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının aviabiletlərinin cari tariflərinə təsir etmir.
Bu barədə virtualaz.org-a AZAL-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.
"Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək", - "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov bildirib.
Qeyd edək ki, aviaşirkət 26 beynəlxalq istiqamət üzrə birbaşa aviareyslər, eləcə də Naxçıvan və Gəncəyə daxili reyslər yerinə yetirir.