Bərdədə 43 ağacı 86 yaşlı kişi kəsib? - "Yaza bilmirəm, mənə qol çəkdirdilər..."
Aprel 24
22:11
2023
Bərdə rayonu Arabaçılar kənd ərazisində 43 qovaq ağacının kəsilməsinə görə 86 yaşlı Xəlil Əliyev cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, 1936-cı il təvəllüdlü Xəlil Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən sözügedən ağacların kəsilməsinə görə barəsində cərmə protokolunun tərtib edilməsindən narazıdır. O, məhkəməyə müraciət edərək sözügedən qərar ləğv edilməsini tələb edib:
"Həmin ağacları mən kəsməmişəm və kimin kəsdiyindəndən də xəbərim yoxdur. Məni aldadaraq və hal şahidi kimi göstərək sənədə qol çəkdiriblər. Halbuki latın qrafikasını yazıb, oxuya bilmirəm. Mənim heç bir akt və qərardan xəbərim olmayıb. Hesab edirəm ki, qərarın ləğv olunması üçün yetərincə əsaslar var. Mənim 86 yaşım var və 2 dəfə cərrahi əməliyyat olunmuşam. Yüksək qan təziqli və şəkər diabetli xəstəyəm. 3 kilodan ağır heç nə götürə bilmirəm. Bundan əlavə tətbiq olunmuş cərimədən 350 manat ödəniş etmişəm və hazırda imkanım yoxdur”.
Nazirliyin əməkdaşı bildirib ki, Bərdə rayonu Arabaçılar kənd ərazisindən keçən asvalt yolun sağ tərəfində pay torpağın yaxınlığında yerləşən diametrləri 10-33 sm, hündürlükləri 8-10 m olan 43 ədəd qurumuş qovaq ağaclarının kəsilməsi faktı aşkar edilib: "Araşdırma zamanı Bərdə rayonu Arabaçılar kənd sakini Xəlil Əliyev yazılı izahat verərək bildirib ki, sözügedən ağaclar onun tərəfindən kəsilib. İzahatında bildirib ki, orada yerləşən bütün ağacları o kəsib və ağacların sayı 22 ədəddir. Lakin araşdırma zamanı məlum olub ki, Xəlil Əliyevin kəsdiyi ağacların sayı 43 ədəddir”.
Məhkəmə 1936-cı il təvəllüdlü Xəlil Əliyevin iddiasını təmin etməyib.

Qlobal.az