SON XƏBƏR

“Bəxt üzüyü” filminin davamı çəkildi

Noyabr 01
00:44 2017
Azərbaycan kinematoqrafiyasının ən gözəl komediya filmlərindən biri olan "Bəxt üzüyü"nün davamı çəkilib.

Qlobal.az publika.az-a istinadən xəbər verir ki, filmin adı "Bəxt üzüyü 2" olacaq. Ekran işinin çəkilişlərini isə "Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir.

Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəsti-xətt üzrə davam edir.

Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rəfael Dadaşov, Firəngiz Rəhimova və başqaları çəkilib.

Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov da Publika.az-a açıqlamasında məlumatı təsdiqləyib:

"Artıq çəkilişlərimiz bitib. Ancaq filmin nə vaxt yayımlanacağı ilə bağlı məlumatım yoxdur".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook