SON XƏBƏR

Bəxtiyar Hacıyevin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI

Fevral 02
15:06 2024
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bəxtiyar Hacıyev tamah niyyəti ilə 23 yanvar 2013-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında kommersiya hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi uçotuna alınmış direktor vəzifəsinə özünün özünü təyin etdiyi "HUMAN CAPITAL CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından çıxış edərək "Caspian Plaza” biznes mərkəzində müqavilə olmadan icarəyə götürdüyü ofisdə xeyli miqdarda gəlirləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmaqla davamlı gəlir əldə etmək məqsədi ilə müqavilə bağlanılmadan, maliyyə, vergi və digər hesabatlar tərtib etməyib mühasibat uçotu və sair rəsmiləşdirmə aparılmadan vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları və yay məktəblərinin təşkili xidmətlərini göstərib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook