SON XƏBƏR

Beyləqan İcra Hakimiyyətində təlaş...

İyun 28
01:06 2024
Asif Ağayev Beyləqan rayon icra başçısı vəzifəsindən çıxarıldıqda sonra rayon İcra Hakimiyyətində yoxlamalar aparılır…

Poliqon xəbər verir ki, bu barədə "Beyləqan Xəbərləri” səhifəsi məlumat yayıb. Səhifə iddia edir ki, bir neçə gündür Baş Prokrouluq işçiləri Beyləqan rayon İcra Hakimiyyətində korrupsiya yoxlamasına başlayıblar. İcra binasının dəhlizlərində gəzən söhbətlərə görə artıq icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyev Bakıya çağrılaraq dindirilib. Həmçinin yaxın vaxtlarda digər məsul şəxslər, o cümlədən Asif Ağayevin dövründə əsas şəxs sayılan başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədovanında istintaqa cəlb edilmək ehtimalı var.
Səhifənin əldə etdiyi məlumata görə, Yeganə Məmmədovaya Asif Ağayevin dövründə sosial vəziyyəti çətin olan ailələrin övladlarına kömək adı altında rayon icra hakimiyyətinin büdcəsindən ayrılan vəsaitin bir hissəsinin mənimsədiyinə görə cinayət işi açıla bilər. Məlumatda qeyd edilir ki, Yeganə Məmmədovanın anasına və qardaşına bir neçə əmək haqqı kartı verdiyi və hər ay başçı müavinin anası ilə qardaşının bu kartlardan özləri üçün pul çıxartmaları barədə məlumatlar var.

"Beyləqan Xəbərləri”nin əldə etdiyi digər ilginc məlumatda isə bildirilir ki, Asif Ağayev vəzifəsindən çıxarılan günü 6 iyin tarixində Sabirabad rayonunda Asif Ağayev, şöbə müdiri İlqar Quliyev, digər şöbə müdiri Heybət Əliyev və Yeganə Məmmədova birlikdə görüş keçirərək ortaya çıxacaq korrupsiya faktlarından qurtulmağın yollarını müzakirə ediblər. Həmin günü Yeganə Məmmədova Bakıda imiş və o, paytaxtdan Sabirabada gələrək görüşə qatılıb.
 
Qlobal.az məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook