SON XƏBƏR

Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2016-cı il uğurları...

Aprel 03
11:21 2017
Azərbaycan dünyanın möhtəşəm təbiətə malik nadir ölkələrindəndir ki, onun coğrafiyasında təbiətə xas olan bütün gözəlliklər- dəniz, göllər, çaylar, meşələr öz əksini tapıbdır. 
 
Zəngin yeraltı və yerüstü təbii sərvətlərə malik olan respublikamızın sərvətlərinin bir hissəsini meşələr təşkil edir. Şərqdən dəniz digər üç yandan isə böyük meşə zolağı ilə əhatələnmiş respublikamızın hər bir meşə zolağının səciyyəvi xüsusiyyətləri və bənzərsiz gözəlikləri vardır. 
 
90-cı illərin əvvəllərində qonşuluğumuzda yerləşən Ermənistan respublikasının ölkəmizə qarşı başlatdığı müharibə nəticəsində, böyük hissəsi meşələrdən ibarət olan 20 faiz torpağımız işğal olundu. Ermənistanla aparılan müharibənin və ölkədə yaranmış siyası anarxiyanın nəticəsi olaraq respublikanın infrastrukturu dağıldı. Və nəticədə meşə təsərrüfatının acınacaqlı dövrü başladı. Keçid dövrünü yaşayan ölkəmizdə ağır iqtisadi şərtlər altında yaşayan insanlarımız qışda istilik problemlərini həll etməkdən ötrü meşələrdəki ağacları kəsməyə məcbur idilər. Əlbəttə ki, yaranmış durumdan işbazlar daha da faydalanırdılar. Ölkənin bahalı fıstıq, göyrüş ağacları kütləvi doğranaraq xaricə satılırdı. Çox sevindirici haldır ki, bu durum uzun sürmədi. Xalqımızın israrlı tələbi nəticəsində dövlət rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev ölkəni siyasi və iqtisadi xaosun caynağından qorumağı bacardı. Bütün sahələrdə olduğu kimi meşəçilik təsərrüfatında da dirçəliş başladı. Əbəs yerə deyil ki, o vaxtlar Ulu Öndərin "Ağacı kəsən elə bilsin ki, mənim qollarımı kəsir” kəlamı bütün təbiətsevər insanların şüarına çevrildi. Və beləliklə, məhz Ulu Öndərin xüsusi təşəbbüsü altında ölkədə meşə təsərrüfatı yenidən qurulmağa başladı...
 
Son illərdə isə  respublika prezidenti İlham Əliyev cənabları meşələrin mühafizəsinə və artırılmasına xüsusi önəm verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına meşə ilə örtülü ərazilərin sahəsi 1.5 milyon hektara yaxınlaşıb. 
 
Prezident İlham Əliyev cənablarının uğurla apardığı iqtisadi siyasətin əsas prioritetlərindən biri də turizm və baramaçılıq sahəsidir. Göründüyü kimi, bu sahələrin də hər ikisi birbaşa ekologiyayla, meşə təsərrüfatı ilə bağlıdır.
 

 
Meşə təsərrüfatının uğurla inkişaf etdiyi müəssisələrdən biri də Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisədir. Belə ki, ötən 2016-cı ildə müəssisənin qarşısında qoyulan 100 hektarlıq plan-proqnoz 101.032 ha sahədə meşə əkini işləri aparılıb. Əvvəlki illərdən fərqli olaraq bu il Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin həyata keçirdiyi meşə əkinləri işlərində Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən meyvə ağaclarına daha çox üstünlük verilib.
 
Müəssisə tərəfindən 54.5 ha sahədə aqrotexniki qaydalara uyğun olaraq 5/4 sxemində ərik və nar bağları salınıb.
 

 
Ötən il tinglik və toxumçuluq sahəsində də Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi xeyli işlər görmüşdür. Belə ki, müəssisə 0.30 ha ərazidə xurma, 0.5 ha sahədə gavalı 0.03 ha sahədə badam toxumları səpilmişdir.
 
Bundan əlavə olaraq, yuxarıda da qeyd etdiyimiz kimi, baramaçılığın inkişafına töhvə olaraq 0.50 ha sahədə tut toxumunun səpininə hazırlıq işləri aparılmaqdadır.
 
Qeyd edək ki, səpiləcək tut toxumları müəssisənin tut bağlarından əldə edilib.
 

 
Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi plan-proqnoza uyğun olaraq meyvə ağaclarından ibarət yeni bağlarla yanaşı, iynəyarpaqlı meşələrin salınması istiqamətində də mühüm işlər görmüşdür. Ötən il müəsisə tərəfindən aparılan meşəbərpa işlərində qarağac, sərv, şam və digər bu cinsdən olan ağaclar da əkilmişdir.
 

 
Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi meşəbərpa, əkin-səpin işləri ilə yanaşı, həm də əhali arasında meşələrin qorunması və yanğından mühafizəsi istiqamətində maarifçilik təbliğatının aparılmasına böyük önəm verir. Məhz müəssisə tərəfindən aparılan təbliğatın və görülən işlərin nəticəsidir ki, müəssisənin ölkənin ən quraqlıq regionunda yerləşməsinə baxmayaraq, ciddi yanğın hallarından qoruna bilmişdir.
 
Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook