Beynəlxalq aləm referendumdan razı qaldı, bəs müxalifət nə düşünür?
Sentyabr 28
23:20
2016
İqbal Ağazadə: "Qərbin bu mövqeyi gözlənilən idi”
Tural Abbaslı: "Öz maraqlarını düşünürlər”
Əli Əliyev: "Hakimiyyətin Rusiya buxovlarından azad olmaq üçün Qərblə anlaşması...”
Sentyabrın 26-da Azərbaycanda keçirilən referendumun nəticələri Qərb tərəfindən birmənalı şəkildə tanındı. Nüfuzlu beynəlxalq qurumlar səsvermənin demokratik keçdiyini bəyan etdilər.
Təsadüfi deyil ki, referendumla bağlı Azərbaycan hakimiyyətinin qəzəbinə yalnız Venesiya Komissiyasının məlum rəyi tuş gəldi. Bu rəy də heç nəyi dəyişmədi. Referendumda bir maraqlı məsələ də diqqət çəkdi: Bu da son 16 ildə Azərbaycanda keçirilən seçkilərin nəticələrini bəzi hallarda tanımayan beynəlxalq təşkilatların bu dəfə ayın 26-dakı səsverməni tanımaları oldu.
Ölkə müxalifətinin Qərb təşkilatlarından gözləntiləri bu dəfə puç oldu. Bu durumda demokratik düşərgənin Qərbin mövqeyinə münasibəti maraq doğurur.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, konstitusiyanı legitim hesab etməmək mümkün olmadığına görə, Qərbin mövqeyi gözlənilən idi: "Biz fəaliyyətimizi, iş mexanizmini qanunlara riayət etməklə konstitusiya üzərində qururuq. İmkan olduqda dəyişikliklər layihəsini təqdim edəcəyik. Qərbin referendumun nəticələrini tanımağa gəldikdə isə referendum dünyada ən demokratik üsul hesab olunur. Çünki seçicinin verdiyi rəy əsasında dəyişikliklər olur. Neqativ hallar barədə kifayət qədər danışılıb, Qərb institutları da danışıblar. Saxtakarlıq barədə də kifayət qədər fikirlər olub. Amma bütövlükdə dünyada bir ölkənin konstitusiyanı qəbul etməmək kimi bir hal praktikada yoxdur. Bu o anlama gəlmir ki, Qərb institutlarının Azərbaycanda hakimiyyətin icra qolunun güclənməsinə münasibətləri sadə olacaq. Bu proseslərdə yəqin ki, tələblər, dəyişiklik istəkləri olacaq. Ölkə konstitusiya ilə idarə olunur. Bu baxımdan Qərbin mövqeyi gözlənilən idi. Saxtakarlıq barədə hamımız deyirik, amma bu dəyişikliklər qüvvəyə minəndən sonra hamı əməl edəcək. Növbəti dəyişikliklər olana, hakimiyyət konstitusiyada islahatlar aparana qədər”.
AĞ Partiya başqanı Tural Abbaslı referendumun bu şəkildə keçəcəyini tək Azərbaycan xalqı və müxalifətinin deyil, Qərbin də əvvəlcədən bildiyini qeyd etdi: "Referendum təyin olunduğu ilk günlərdən Qərbin bu məsələdə hakimiyyətlə razılığa gəldiyi görünürdü. Bunu biz əvvəldən də deyirdik. Açığı, referendumdan sonra Qərbdən nəsə gözləmirdim. Çünki həmin təşkilatlar son 23 ildə bu hakimiyyətlə işləyiblər və onlara bu iqtidar sərf edir. Avropa təşkilatlarının Azərbaycanda demokratiyanın bərqərar olmasında maraqlı olduqlarını düşünmürük. Yalnız öz maraqlarını düşünürlər. Avropa təşkilatları Azərbaycan hökumətinə təzyiq etmək istəyəndə müxalifətdən istifadə edir, sonda isə onun yanında dayanmır. Azərbaycan müxalifəti artıq bilməlidir ki, xalqla işləmək lazımdır. Beynəlxalq təşkilatların dəstəyi ilə hakimiyyətə gəlmək xülyalarından əl çəkilməlidir. O təşkilatların hər birinin Azərbaycanla bağlı maraqları var. Biz partiya olaraq xalqa yaxınıq. Avropa təşkilatlarının mövqeyi şaşırdıcı olmamalıdır. Qeyri-adi heç nə olmadı. Azərbaycan hakimiyyəti həmin təşkilatlarla işləməyi öyrənib, onların dillərini yaxşı bilirlər”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev referendumdan öncə də Qərbin susqunluğunun müşahidə olduğunu söylədi: "Venesiya Komissiyası istisna, hər şey ortadadır. Referendumdan sonra ortaya qoyulan mövqe anlaşılandır. Onların ənənəvi siyasətləridir. Guya indiyə qədər keçirilən seçkilərə obyektiv münasibət sərgiləyiblər? Əvvəlcə qanun pozuntuları ilə seçkilərin keçdiyini deyiblər, sonradan isə dedikləri pozuntularla formalaşan hakimiyyətlə əməkdaşlığı davam etdiriblər. Qərb və Rusiyanı mövcud hakimiyyət qane edir. Bundan sonra hansı proseslərin baş verəcəyi ilə bağlı bəzi fikirlərim var. Avropa Şurası və Venesiya Komissiyasında Rusiyanın təsiri güclüdür. Komissiyanın verdiyi rəyi Rusiyanın təsiri ilə əlaqələndirirəm. Qərbin referendum öncəsi susması və seçkilərdən sonra nəticələri tanımasını Azərbaycanın yaxın gələcəkdə beynəlxalq aləmdə siyasətində olacaq dəyişikliklərlə əlaqələndirirəm. Hakimiyyət yaxın gələcəkdə Qərbin irəli sürdüyü tələbləri qəbul edə bilər. Burada açığı ən çox Dağlıq Qarabağ məsələsində hakimiyyətin atacağı addımlarla bağlı narahatam. Referendumla bağlı Qərbin mövqeyinin arxasında bəzi müəmmalı məqamlar ola bilər. Azərbaycan Rusiyanın buxovundan azad olub, Qərbin tələblərini yerinə yetirə biləcəyi ehtimalları da var. Açığı Azərbaycanın bu referendumdan sonra müsbət istiqamətə yönələ biləcəyi ehtimalım var. Çünki Rusiyanın Azərbaycan hakimiyyəti daxilindəki qüvvələri normal hərəkətə imkan vermirlər. Biz bunu 2013-cü ildə gördük. 2015-ci ildə Lavrovun gəlişindən sonra parlamentin necə formalaşdığının şahidi olduq. Referendumda Qərbin susqunluğunun arxasında hakimiyyətin Rusiya buxovlarından azad olmaq üçün daxilindəki bəzi qüvvələrdən azad olmaq üçün Qərblə anlaşması ehtimalını istisna etmək olmaz”.
(Musavat.com)